RU

Aİ Çindən idxal edilən avtomobillərə 35,5 faizə qədər vergi tətbiq edəcək

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Çindən idxal olunan elektrikliavtomobillərə cəza tarifləri tətbiq etmək qərarına gəlib.

Trend xəbər verir ki, bubarədə Alman Mətbuat Agentliyi (DPA) məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Çindən idxal edilənavtomobillərə 35,5 faizə qədər vergi tətbiq etməyi qərara alıb.

Buna səbəb Aİ-nin Çini elektrikli avtomobillərin qiymətini sünişəkildə aşağı salmaq üçün dövlət vəsaitindən və onları dünyabazarına çıxarmaq məqsədilə ədalətsiz üsullardan istifadədə ittihametməsidir.

Aİ cavab tədbiri kimi Çindən elektrikli avtomobillərin idxalınınbahalaşmasına imkan yaradacaq 35 faizlik cəza tarifi tətbiq etməyinəzərdən keçirir.

Избранный
73
az.trend.az

1Источники