RU

Rusiyalı alimdən maraqlı açıqlama: İnsanlar ulduzlara və digər qalaktikalara nə vaxt uça biləcəklər?

"Qonşu qalaktikalara və Süd Yolu ilə səyahət prinsipial olaraq yeni texnologiyalar və energetika tələb edəcək".

hakimiyyet.az-ın xəbərinə görə, bu sözləri 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılışında iştirak etmiş rusiyalı alim və "Roskosmos" Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının Baş İnstitutunun veteranı Qeorqi Uspenski "RIA Novosti"yə müsahibəsində deyib.

Onun fikrincə, bu qəbildən səfərlər yalnız 200-500 ildən sonra mümkün olacaq.

"Ulduzlara uçuşlar və xüsusilə də Qalaktika ətrafında uçuşlar üçün müasir astronavtika texniki vasitələrə malik deyil. Burada yeni energetika lazımdır. Yeni rabitə və naviqasiya növləri, eləcə də ekipajın təhlükəsizlik texnikası lazımdır. Bu problemlərin mümkün həll yollarından biri qravitasiya astronavtikası ola bilər", - deyə Qeorqi Uspenski bildirib.

Избранный
10
1
hakimiyyet.az

10Источники