RU

"Yamalın etdikləri adamı qorxudur" - "Real"ın futbolçusu

“Real”ın futbolçusu Antonio Rüdiger “Barselona”nın vingeri Lamin Yamal haqda danışıb.

Bizim.Media “The Inside Scoop”un buraxılışına istinadən xəbər verir ki, o, deyib:

“Yamalın etdikləri inanılmazdır! Onun haqqını vermək lazımdır. O, artıq 17 yaşında “Barselona”da oynayır, Avroda özünü göstərdi. Ümid edirəm ki, o, sağlam qalacaq, çünki möhtəşəm gələcəyi olacaq. Açığı desəm, Yamalın etdikləri adamı qorxudur”.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm 10 matça çıxaraq 5 qol vurub və 5 qolun ötürməsini edib. 17 yaşlı ispaniyalı futbolçunun “Barselona” ilə müqavilə 2026-cı ilə qədərdir. Onun dəyəri “Transfermarkt” portalına görə 120 milyon avrodur.

Bizim.Media

Избранный
8
1
bizim.media

2Источники