RU

Türkiyənin yüzdə 94-ü obez olacaq

Türkiyə piylənmə nisbətinin ən çox artdığı ölkələrdən biridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2060-cı ildə piylənmə nisbətinin dünyada yüzdə 70, Türkiyədə isə 94%-ə çatacağı gözlənilir. Süni intellekt Türkiyə də daxil olmaqla 9 ölkədə aparılacaq obezitə araşdırmasının nəticələrini qiymətləndirəcək.

Piylənmə dünyanın ən vacib sağlamlıq gündəminin mövzularından biridir. Hipertoniya və Ateroskleroz Assosiasiyasının prezidenti və eproBes Layihəsinin İdarə Heyətinin üzvü Prof. Dr. Serap Erdine, İspaniyanın Kordoba Universitetindən Prof. Dr. Manuel Tena-Sempere, fransalı süni intellekt tədqiqatçısı Peter Atanasov və ispaniyalı layihə rəhbəri Javier Carrero İstanbulda obezitəni müzakirə ediblər. Avropa Birliyi tərəfindən 10 milyon avro büdcə ilə maliyyələşdirilən araşdırma Türkiyə ilə yanaşı, İspaniya, Polşa, Almaniya, Belçika, Estoniya, Litva, Fransa və Danimarkada aparılacaq. Körpələrin kordon qanının belə tədqiq ediləcəyi araşdırmada nəticələr süni intellektlə qiymətləndiriləcək. Prof. Dr. Serap Erdine: “Türkiyənin yüzdə 20-si obez, yüzdə 35-i isə artıq çəkidən əziyyət çəkir. Halbuki 2060-cı ildə dünyada piylənmənin 70 faizə, Türkiyədə isə 94 faizə çatacağı gözlənilir”, - deyə o, təhlükəyə diqqət çəkib.

Müəllif: Söylü Ağazadə
Избранный
21
sia.az

1Источники