Binəqədi və Nəsimi rayonlarında doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo”xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib.