RU

FHN liftdə qalan 4 nəfəri xilas edib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi və Nəsimi rayonlarında doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

“İki sahil” xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Избранный
3
17
ikisahil.az

10Источники