RU

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 3 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 15 patron darağı və 1343 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Избранный
3
4
apa.az

4Источники