Avropa çempionatında “bozqurd” işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə yığmasının futbolçusu Merih Demiralın heykəli ucaldılıb.

KONKRET.az xəbər verir ki, Bolu şəhərinin Karaçayır məhəlləsində heykəlin açılış mərasimi olub.

Merih sosial media hesabında paylaşım edərək təşəkkürlərini bildirib.

Xatırladaq ki, Merih Dəmiral bu il iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib.

Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.