RU

Ramil Həsən Polşaya səfər edəcək

Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak etmək üçün oktyabrın 6-da Polşaya səfər edəcək.  

Bu barədə News365.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, tədbirdə ATƏT regionunda insan hüquqları və fundamental azadlıqlar üzrə aktual məsələlər müzakirə ediləcək.

Qeyd olunub ki, səfər oktyabrın 9-da başa çatacaq.

 

Избранный
4
3
news365.az

6Источники