RU

Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 51 yaşlı R.Səfərov, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Mercedes” markalı avtomobildən planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı V.Pənahov saxlanılıblar.

Bu barədə KONKRET.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
5
10
konkret.az

10Источники