RU

Haitidə silahlı basqın nəticəsində 70 nəfər ölüb

"Qran Qrif" adlı silahlı dəstə Haitinin paytaxtı Port-au-Prensdən 71 kilometr uzaqlıqdakı Artibonit bölgəsindəki Pont-Sonde qəsəbəsinə basqın edib.

"Cebheinfo.az" xəbər verir ki, basqın zamanı aralarında uşaqların da olduğu azı 70 nəfər ölüb, 16 nəfər yaralanıb, qəsəbədəki insanlar basqın səbəbindən evlərini tərk ediblər.

Hökumətin verdiyi açıqlamada silahlı dəstə basqını qətliam kimi qiymətləndirilib.

Xatırladaq ki, BMT ötən il paylaşdığı hesabatda Haitidəki cinayətkar qrupların 2023-cü ilin ilk yarısında 2 mindən çox insanı öldürdüyünü, 1000-dən çox adamı qaçırdığını və əhalini idarə etmək üçün cinsi zorakılıqdan istifadə etdiyini açıqlamışdı.

Избранный
34
cebheinfo.az

1Источники