RU

Fələstin FIFA və BOK-a şikayət edib

Fələstin Futbol Federasiyası (PFA) təşkilatın baş katibi Firas Əbu-Hilalın İsrail tərəfindən saxlanılması ilə əlaqədar Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə PFA-nın mətbuat xidməti məlumat yayıb.

“Federasiyanın baş katibinin 4 saatdan artıq saxlanılması Olimpiya Xartiyası, bütün beynəlxalq və idman qayda və qanunlarının açıq şəkildə pozulmasıdır. Biz beynəlxalq və regional idman qurumlarının pozuntulara son qoyulmasını təmin etməsini tələb edirik”, - məlumatda bildirilib.

Qeyd edilib ki, bu, baş katibin saxlanılması ilə bağlı birinci hal deyil.

Xatırladaq ki, PFA-nın baş katibi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Fələstin yığmasına qoşulmaq üçün oktyabrın 3-də ölkədən çıxarkən saxlanılıb.

Fevral ayında Yaxın Şərq ölkələrinin Futbol federasiyaları FIFA-ya məktub göndərərək İsrail millisinin beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb etmişdi. Bu çağırışı 12 federasiya, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ nümayəndələri dəstəkləyib.

Избранный
2
5
bakivaxti.az

6Источники