İştirakçılar ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin heykəlini ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun təbrikini tədbir iştrakçılarına çatdıran Fəridə İbayeva ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır.
Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31