RU

Barton Poqba haqqında: "Fırıldaqçıların qələbəsi"

Keçmiş ingilis futbolçu Co Barton fransalı yarımmüdafiəçi Pol Poqbanın diskvalifikasiyasının azaldılması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə 42 yaşlı sabiq futbolçu sosial şəbəkə hesabında yazıb.

"Fırıldaqçılar üçün zəfər" 

Yada salaq ki, Poqba qanunsuz narkotik istifadə edərək yaxalanıb. Dopinq testi müsbət çıxdığına görə futbolçu 4 il müddətinə diskvalifikasiya olunub. Lakin Poqba bu hökmdən uğurla İdman Arbitraj Məhkəməsinə müraciət etdi. Onun qadağası 4 ildən 1,5 ilə endirilib. Poqba 2022-ci ilin yayından "Yuventus"un oyunçusudur. Tərəflər arasında mövcud müqavilə 2026-cı ildə başa çatır.

Избранный
30
90deqiqe.az

1Источники