RU

Pedro Neto mövsümün əvvəlindəki formasını dəyərləndirdi

"Çelsi"nin vingeri Pedro Neto 2024/2025-ci il mövsümünün əvvəlindəki oyun şərtlərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "DAZN" 24 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Hazırda ən yaxşı formada deyiləm. Mövsüm öncəsi çox məşq etmədim. Lakin mən zirvəyə çatmaq və daha yaxşı olmaq üçün çox çalışmaq niyyətindəyəm”

Neto "pensiyaçılar" ilə 2031-ci ilin ortalarına qədər əmək müqaviləsi imzaladı. Futbolçunun bazar dəyəri 55 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm 24 yaşlı cinah yarımmüdafiəçisi London komandasının heyətində 9 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Избранный
17
90deqiqe.az

1Источники