RU

Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq

Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclü olacaq.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyə KİV-inə müsahibəsində deyib.

O, TDT-nin və türk dövlətlərinin daha da güclü olacağına inamını ifadə edib.

Nazir müavininin sözlərinə görə, 15 il əvvəl imzalanan Naxçıvan sazişi tarixi və mühüm hadisədir: \"Bu, türk dövlətləri üçün bir dönüş nöqtəsidir”.

E.Məmmədov TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi və ticarət sahəsində faydalı əməkdaşlığa diqqət çəkib.
Избранный
9
7
azxeber.com

8Источники