Abxaziyanın ruslar arasında populyarlığı demək olar ki, Türkiyə ilə eyni səviyyəyə çatıb.
Gundem.az RBC-ya istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarısında Abxaziyaya 2,163 milyon səfər həyata keçirilib. Bu dövrdə ruslar Türkiyəyə 2,522 milyon dəfə səfər ediblər.
Son illərdə, xüsusən də Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ruslarda Abxaziyaya maraq artıb.