RU

İcra başçısını belə öldürmək istəyiblər - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. 

Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. 

İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb. İşə Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.  

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. 

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. 

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. 

Lakin o, DTX tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib. 

Избранный
7
20
qlobal.net

10Источники