RU

ABŞ-də "Helen" qasırğası: 200-yə yaxın ölü 

ABŞ-da "Helen" qasırğası nəticəsində həlak olanların sayı 183-ə çatıb, onlardan 90-dan çoxu Şimali Karolinada həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkasının sözlərinə görə, qasırğadan sonra şəhərlərin bərpası illərlə davam edəcək və milyardlarla dollara başa gələcək.

Qeyd olunub ki, ABŞ prezidenti Co Bayden "Helen" qasırğasının vurduğu dağıntıları havadan müşahidə etmək üçün Şimali və Cənubi Karolinaya səfər edib. Dövlət başçısı Müdafiə Nazirliyinə təlimat verərək zərər çəkmiş bölgələrə təxminən 1000 hərbçi göndərməyi tapşırıb. Bu hərbçilər ehtiyatların, ərzaq və suyun çatdırılmasında kömək edəcəklər.

Избранный
25
2
bakivaxti.az

3Источники