RU

Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi



"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

aia.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.



Избранный
2
49
aia.az

10Источники