RU

"Prezident İlham Əliyev ABŞ-nin xarici siyasətinin gücünü ifşa etdi" - ŞƏRH

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz Cəbrayılda Azərbaycan Prezidentinin dəmir yumruğunun timsalında milli maraqlarımızı müdafiə edən dəmir iradəsini gördük".
Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə hər bir səfəri, yeni salınmış qəsəbə, kənd və şəhərlərin açılışında iştirak etməsi mühüm tarixi hadisədir:
"Prezidentin Cəbrayıl səfəri və orada səsləndirdiyi fikirlər Azərbaycanın və regionumuzun bugünkü gerçəklikləri baxımından olduqca əhəmiyyətli mesajlar idi. Azərbaycan prezidenti hər şeydən öncə müqayisəli kontrast yaradaraq yeni tikilmiş Cəbrayıl və ön tərəfdə ermənilərin dağıtdığı, viran qoyduğu Cəbrayıla işarə edərək - "bir də icazə vermərik ki, bizim kəndlərimizi, şəhərlərimizi ermənilər bu günə salsınlar" - dedi. Dövlətimizin başçısı təkcə ermənilərə yox, onların havadarlarına da mühüm mesajlar verdi. Prezident qeyd etdi ki, ermənilərin sürətlə silahlandırılması onların lehinə olmayacaq. Əgər bu təhdidlər bizim milli təhlükəsizliyimiz üçün real hədə yaratsa, biz onları aradan götürəcəyik".
O, sözlərinə belə davam edib:
"Prezident ABŞ-də Azərbaycan əleyhinə müzakirə olunan sanksiyalar paketini nəzərdə tutan qanun layihəsinə də istinad edərək, bunu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin özünün özünə məktubu kimi qiymətləndirdi. Beləliklə, sözügedən ölkənin xarici siyasətinin gücünü ifşa etdi. Biz bilirik ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana münasibətdə qəbul etdiyi qərarlar və atmaq istədiyi addımların iki mühüm məqsədi var. Birincisi, Azərbaycana təzyiq etməklə milli maraqlarımız əleyhinə güzəştlər əldə etmək, ikincisi, regionda söz sahibi olmaq və Cənubi Qafqazda kommunikasiyalara nəzarət imkanı qazanmaq", - deyə o bildirib.
Deputat əlavə edib ki, ermənipərəst konqresmenlər, lobbiçilər istədikləri vaxt ABŞ-ni ölkəmizə qarşı fəallaşdırırlar:
"Gördüyümüz ssenarilərin hər biri ABŞ-nin xarici siyasət institutlarının qurduğu oyunlardır. Ona görə də Azərbaycan Prezidenti məhz bu məsələni ifşa edərək konkret mesajlar verdi.
İlham Əliyev Amerika-Azərbaycan münasibətlərinin qısa tarixi keçmişinə ekskursiya etdi. Nə qədər ki, Əfqanıstanda çətin vəziyyətdə idilər, onlara Azərbaycanın köməyi lazım idi, onda Azərbaycana qarşı tətbiq etdikləri 907-ci maddəni aradan götürürdülər. Əfqanıstandan qaçdıqdan sonra yenidən 907-ci maddənin hüquqi qüvvəsini bərpa etdilər. Azərbaycan Prezidenti burada ABŞ-nin qeyri-ardıcıl siyasətinə öz maraqlarını qurban etməsini diqqət çəkdi və etibarlı tərəfdaş olmadığını göstərdi. Mənə elə gəlir ki, bu, çox mühüm bir fikir idi. Yaxın gələcəkdə Şərqi Avropada, dünyanın digər coğrafiyalarında Amerika Birləşmiş Ştatlarının bənzər siyasətinin şahidi olacağıq".
Məhərrəm Əliyev
Избранный
7
50
oxu.az

10Источники