RU

Cəbrayıla fəaliyyət göstərəcək fabrik ildə 24 mln. damazlıq yumurta istehsal edəcək

"Cəbrayıl rayonunda fəaliyyətə başlayacaq, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Hicaz poultry” MMC-nin təsisçisi Səfər Sadiqov deyib.

O bildirib ki, bununla yanaşı saatda 40 ton istehsal gücünə malik yem fabriki və illik 24 milyon yumurta tutumuna malik İnkubasiya fabriki fəaliyyət göstərəcək:

"Bu layihə üzrə 150 daimi iş yeri nəzərdə tutulub. Sonrakı mərhələdə damazlıq yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerlərinin yaradılmasına əsas verəcək. Cənab Prezidentin tövsiyələri burada bizə yaradılan şərait və dövlət dəstəyi işlərimizdə çox böyük stimul verir. İnanıram ki, layihəmiz uğurlu alınacaq. Qarabağımıza, Cəbrayılımıza xeyirli uğurlu olsun".

Избранный
9
6
apa.az

7Источники