Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, yanğın Dağlar məhləsi kimi tanınan ərazidə qeydə alınıb. Yanğın nəticəsində neft tullantılarının axıdıldığı ərazi yanıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта