RU

ABŞ həmsədr kimi heç vaxt öz məsuliyyətini dərk etmədi - Müraciət

Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmışdır.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatlarının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciətində qeyd edilir.

"ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir", - müraciətdə deyilir.


Müəllif: Teleqraf.com
Избранный
38
8
teleqraf.com

9Источники