Suriya BRİKS-ə qoşulmaq istəyir və artıq qoşulmaq üçün ərizə təqdim edib. Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri “Şimali Qafqaz: Yeni Geostrateji İmkanlar” forumunun kuluarlarında bildirib. “Biz BRİKS-ə qoşulmaqda çox maraqlıyıq, təşkilata qoşulmaq üçün yazılı müraciətlər göndərmişik”, - Cəfəri bildirib. Qeyd edək ki, BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. Cənubi Afrika 2011-ci ildə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Bu il assosiasiyaya Rusiya Federasiyası sədrlik edir. Əsas tədbir oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammiti olacaq. Xatırladaq ki, daha öncə Azərbaycan və Türkiyə üzvlük üçün müraciət edib.