RU

"Mövsüm ərzində belə çətinliklər olacaq" - Ayxan Abbasov

Misli premyer-liqasının 9-cu turunda "Səbail" evdə "Şamaxı"nı 0:2 hesabı ilə məğlub etdi.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Əlbəttə üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə ilə azlıqda qaldıq. Sonra isə rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldı. Zədəli futbolçularımız çox idi. Yəni oyunçular az idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidi. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq.

- Hakimə etirazınız oldu. Bu barədə fikirləriniz necədi?
- Hakimlikdən danışmayacam. Hər tur danışmaq bir az pis olur.

- Konatenin qırmızı vərəqə aldığı epizod əsas hissə sayıla bilər?
- Bilmədim foula görə idi ya yox. Hakimə etiraza görə verilibsə, düzdü. Amma ondan qabaq qayda pozuntusunun olub-olmadığına baxmaq lazımdı. Nə olursa-olsun, hakimin qərarından sonra etiraz etmək olmaz.

- "Turan Tovuz"la matçda komandanız daha istəkli idi. Bu, rəqiblə bağlıdı?
- Xeyr, deməzdim. Bilirdik ki, "Səbail" bizə qarşı aqressiv olacaq, xal qazanmaq istəyirlər. Səfərdə oynayırdıq. Adil Nağıyev həftə içi zədəli idi, məcburiyyətdən onu oynatdıq. Oyun olacaq ki, tam istədiyimiz kimi alınacaq, oyun da olacaq ki, alınmayacaq. Amma bu gün o qədər də zəif çıxış etmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, oyun başqa cür olardı.

RÖYANƏ OĞUZ

Избранный
10
6
football-plus.az

10Источники