RU

Xaricə kartof satışından gəlirimiz 18 milyon manat azalıb - Rəqəmlər

Bu ilin ilk səkkiz ayında Azərbaycandan xarici ölkələrə 48 min 234 ton miqdarında, 20 milyon 470 min ABŞ dolları dəyərində kartof ixrac edilib.

Valyuta.az Dövlət Gömük Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 22 min 835 ton (32,1 %), dəyər ifadəsi ilə 10 milyon 536 min ABŞ dolları (17 milyon 911 min manat), (34 %) azdır. 2023-cü ilin yanvar-avqust aylarında bu məhsulun xaricə satışının miqdarı 71 min 69 ton, dəyəri isə 31 milyon 6 min ABŞ dolları olub.

Dövr ərzində ixrac olunan kartof ümumi ixracın 0,11 %-ni, qeyri-neft sektoru üzrə ixracın 0,94 faizini təşkil edib.

Əvəz Həsənov

Избранный
27
valyuta.az

1Источники