21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq. F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.
U-21-ə dəvət edilən futbolçuların adlarını diqqətinizə çatdırırıq: