RU

İsrail birbaşa İranın özünə zərbələr endirəcək?

İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsrailə raket zərbələri endirməsinə cavab olaraq ciddi tədbirlər görməyi planlaşdırır, lakin bu cavab tədbirlərinin mahiyyəti barədə təfərrüatları açıqlamayıb.

Musavat.com xəbər verir ki, bu məlumatı Jerusalem Post yayıb.

Məlumatda qeyd olunur ki, hazırda yeddi müxtəlif cəbhədə döyüşlər davam edir. Qəzza və İordan çayının qərb sahilində davam edən döyüşlərlə yanaşı, İsrail əsgərləri və silahlı qüvvələri Livan, İran, eləcə də Yəmən, Suriya və İraqda əməliyyatlarda iştirak edir.

İsrail mediası yazır ki, İranla mübarizə birbaşa münaqişə kimi qiymətləndirilir və cavab elə veriləcək ki, iranlıların təkcə Livan, Suriya, Qəzza, Yəmən və İraqdakı müttəfiqləri ilə deyil, öz “işləri” ilə də məşğul olacaqlar.

Musavat.com

Избранный
29
50
musavat.com

10Источники