RU

Azərbaycan Ermənistanla davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiqləyir - Elçin Əmirbəyov

Bakı. Trend:

Azərbaycan Ermənistanla davamlı sülhün əldə edilməsinəsadiqliyini bir daha təsdiqləyir.

Trend xəbər verir ki, bunu AzərbaycanRespublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsiElçin Əmirbəyov yazıçı-tarixçi Karlo Marinoya müsahibəsindədeyib.

"Biz bu mövzuya maraq göstərdiyinə və qonşularımız olanermənilərlə münasibətlərin normallaşdırılması üçün Azərbaycanıntəqdim etdiyi sülh proqramını dəstəklədiyinə görə MüqəddəsTaxt-Taca minnətdarıq. Yəqin ki, bilirsiniz ki, ölkələrimizarasında sülh sazişinin bağlanmasına yönəlmiş ikitərəfli danışıqlarhəlledici yekun mərhələyə qədəm qoyub. Mən AzərbaycanınErmənistanla davamlı, etibarlı və geridönülməz sülhə nail olmağasadiq olduğunu bir daha təsdiqləmək üçün buradayam", - deyəE.Əmirbəyov bildirib.

O qeyd edib ki, bu məqsədə nail olmaq üçün gələcək sülhsazişinin ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyəqayıdışı hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etməsinitəmin etmək vacibdir.

"Azərbaycan bundan kifayət qədər zərər çəkib və gələcəkdə bussenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçünErmənistan təcili olaraq Azərbaycanın suveren ərazisinin birhissəsi ilə bağlı hazırkı Konstitusiyasında təsbit olunmuş aşkarərazi iddialarını nəzərdən keçirməlidir. Sülh yolunda bu kritikmaneənin əhəmiyyətini inkar etməklə və nəyin bahasına olursa-olsunsaziş imzalamaq üçün qısa yollardan istifadə etməklə, görünür,vəziyyətə məhəl qoymur. Növbə Ermənistandadır və ümid edirik ki,səhifəni çevirmək üçün bu tarixi fürsət əldən verilməyəcək", - deyəE.Əmirbəyov əlavə edib.

Избранный
21
2
az.trend.az

3Источники