Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Kasımpaşa” – “Bodrumspor” matçında qapılara qol vurulmayıb.
“Başakşəhər” – “Kayserispor” və “Hatayspor” – “Trabzonspor” matçlarında da qalib müəyyənləşməyib. Bu görüşlərdə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beş qolun qeydə alındığı “Göztəpə” – “Sivasspor” matçında meydan sahibləri qələbəyə seviniblər.
8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
8-ci tur
4 oktyabr
Rizəspor – Antalyaspor 2:1
Qollar: Yureçka, 38. Alikulov, 44 – Qaiç, 87.
5 oktyabr
Kasımpaşa – Bodrumspor 0:0
Göztəpə – Sivasspor 3:2
Qollar: Romulo, 6. Sole, 10. Fofana, 90+4 – U.Çiftçi, 55. Meniq, 57.
Başakşəhər – Kayserispor 1:1
Qollar: Pyontek, 53 – Mane, 32.
Hatayspor – Trabzonspor 1:1
Qollar: G.Sağlam, 14 – Banza, 48.
6 oktyabr
14:30. Konyaspor – Eyüpspor
17:00. Adana Dəmirspor – Samsunspor
20:00. Qalatasaray – Alanyaspor
20:00. Qaziantep – Beşiktaş