RU

"Qarabağ"a qalib gəlməyimiz komandamıza inamı və etibarı bir qədər də artırdı"

"Qarabağ"a qalib gəlməyimiz komandamıza inamı və etibarı bir qədər də artırdı".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün (İsveç) baş məşqçisi Henrik Ryudström klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İsveç çempionatının XXVI turunda "Vernamu" ilə oyunöncəsi danışan mütəxəssis Ağdam təmsilçisi ilə matçda qalib gəlmək üçün böyük səy göstərdiklərini bildirib:

"Qarabağ"la matçda böyük səy göstərdik və nəticədə qalib gəldik. Bu qələbə özümüzə inamı bir qədər də artırdı.

Avropa Liqasındakı qələbədən sonra bütün diqqətimizi "Vernamu" ilə görüşə yönəltmişik".

Avropa Liqasının Liqa mərhələsinin II turunda doğma meydanda "Malmö" ilə qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1:2 hesabı ilə uduzub.

Избранный
7
1
sportinfo.az

3Источники