Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ümumxalq səsverməsi başlayıb.
Publika.az xəbər verir ki, seçki məntəqələri Bakı vaxtı ilə saat 06:00-dan axşam saat 19:00-dək açıq olacaq. Səsvermənin nəticələri 7 gün ərzində açıqlanacaq.
Ümumilikdə 10 327 məntəqə açılacaq, bunlardan 72-si Qazaxıstandan kənardadır.
Son məlumatlara görə, 12 244 683 Qazaxıstan vətəndaşı səsvermə hüququna malikdir.
Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev referendumun tarixini oktyabrın 6-na təyin edib və onun keçirilməsi ilə bağlı fərman imzalayıb.