RU

Azərbaycan gimnastları Böyük Britaniyada finala vəsiqə qazandılar

Azərbaycan gimnastları Bilal Qurbanov və Mixail Malkin Böyük Britaniyanın Telford şəhərində keçirilən beynəlxalq yarışda finala vəsiqə qazanıblar.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastikanın mətbuat xidməti məlumat yayıb.

İdmançılarımız tamblinq üzrə yarışda uğurlu nəticəyə imza atıblar.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

Избранный
11
7
fanat.az

10Источники