RU

Yığmamızın hücumçusu şans aldı, hesab açılmadı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında 8-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda doğma meydanda "Adanaspor"u qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Renat Dadaşov oyuna ehtiyatda başlayıb. O, 69-cu dəqiqədə Kevin Varqanın yerinə meydana daxil olub.

"Ankaragücü" turnir cədvəlində 10 xalla 13-cü yerdədir.

Избранный
32
sportinfo.az

1Источники