RU

"Barselona"nın yeni transferi bu gün meydana çıxacaq

"Barselona" ilə Voytsex Şesni arasında danışıqlar müsbət yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, AS nəşri polşalı qolkiperin rəsmi olaraq Kataloniya klubunun futbolçusu olduğunu yayıb.

Şesnı artıq heyətə daxil edilib və La Liqa onun qeydiyyatını təsdiqləyib. Qapıçı "Barselona"nın oktyabrın 6-da "Alaves"lə keçiriləcək növbəti matçında debüt edə biləcək.

Xatırladaq ki, Şesni 2024-cü ilin yayında Avropa çempionatından sonra ona göstərilən marağa baxmayaraq, Səudiyyə Ərəbistanına keçməkdən imtina edərək təqaüdə çıxmışdı.

Избранный
22
fanat.az

1Источники