RU

Klopp ordenlə təltif olundu

Yürgen Kloppun futbol sahəsindəki əməyi dövlət səviyyəsində dəyərləndirilib.

“Liverpul”un və “Borussiya”nın sabiq baş məşqçisi ordenlə təltif olunub.

Mükafat oktyabrın 3-də keçirilən Almaniya Birlik Günü bayramına həsr olunub. Ölkənin prezidenti Frank-Valter Ştaynmayer Kloppu Almaniya qarşısındakı xidmətlərinə görə ordenlə təltif edib. 57 yaşlı mütəxəssisin aldığı ordeni müşayiət edən qeyddə “uğur və şöhrət ona heç vaxt hər idmançıda insanı görməyə mane olmayıb” deyilir.

Xatırladaq ki, Klopp 2008-15-ci illərdə Dortmund “Borussiya”sını çalışdırıb və bu komandanı iki dəfə Almaniya çempionluğuna daşıyıb. 2015-24-cü illərdə rəhbərlik etdiyi “Liverpul” ilə Çempionlar Liqasının və İngiltərə premyer-liqasının qalibi olub.

Избранный
9
2
football-plus.az

4Источники