Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sərancama əsasən Prezident təqaüdünə layiq görülən 103 tələbənin 33 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində təhsil alır.
“İki sahil” xəbər verir ki, SOCAR-ın prezident Rövşən Nəcəf bununla bağlı paylaşım edib.
Paylaşımda həmçinin qeyd olunur ki, BANM-ın Prezident təqaüdçülərindən:
9 nəfər İnformasiya təhlükəsizliyi;
10 nəfər Kimya mühəndisliyi;
11 nəfər Biznesin idarə edilməsi;
2 nəfər Kompüter mühəndisliyi;
1 nəfər isə Kompüter elmləri ixtisaslarının tələbəsidir.
Möhtəşəm nailiyyət, əziz tələbələr!!! Səmimi-qəlbdən təbrik edirik.