RU

Rusiyanın ən gözəl qızını seçdilər

“Rusiya gözəli 2024” müsabiqəsinin finalı baş tutub.

Tacı Çuvaşiyadan olan 18 yaşlı tələbə Valentina Alekseyeva qazanıb.

“Cebheinfo.az” xəbər verir ki, qıza tac və 1 milyon rubl pul mükafatı verilib. O, Rusiyanı beynəlxalq “Miss World” və “Miss Universe” müsabiqələrində təmsil edə biləcək.

Valentina Alekseteva  Rusiya Milli Tədqiqat Tibb Universitetində oxuyur. O, insanlara kömək etmək və cəmiyyətə faydalı olmaq üçün həkim olmaq istədiyini deyib. Qız baletlə məşğul olur və ekologiya sahəsində tədqiqat layihələrində fəal iştirak edir.

Müsabiqənin nəticələrinə əsasən, Sankt-Peterburqdan Ulyana Evdokimova ikinci “Vitse-Miss”, birinci “Vitse-Miss” isə Tolyattidən olan İrina Mironova olub.

Избранный
54
cebheinfo.az

1Источники