RU

Rəşad Sadıqov: "İkinci hissədə oynadığımız futbolu təhlil edəcəyik"

"İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı idi".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının IX turunda "Turan"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Qol epizodlarında bəlkə də bərabərlik oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandıq. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək. Mənim üçün də bu dəqiqə maraqlıdır ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik. Pressinqi aşağı saldıq, dinamikamız aşağı düşdü, çoxsaylı top itkiləri oldu. Top itkilərinin çoxu süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cürə bu stadiona adaptasiya ola bilmirdi. Texnikalı itkilər oldu. Bu da rəqibə üstünlük verir. 60-65-ci dəqiqədən sonra rəqibə üstünlüyü verdik."

Qeyd edək ki, "Zirə" mövsümdə 3-cü dəfə uduzub.

İdman.biz

Избранный
25
idman.biz

1Источники