RU

Levandovskinin het-triki "Barselona"ya qələbə qazandırıb

İspaniya Primerasında 9-cu turun "Alaves" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb. Oyun Vitoriyadakı Mendizorroza stadionunda oynanılıb. Baş hakim qismində Migel Anxel Ortiz Aryas çıxış edib.

SİA-nın əldə etdiyi məlumata görə, görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Görüşün əsas qəhrəmanı Kataloniya komandasının hücumçusu Robert Levandovski olub.

Polşalı forvard ilk hissədə üç qol vurub. Kataloniya “Barselona”sı İspaniya Primerasının turnir cədvəlində birinci yerdədir.

Komanda doqquz görüşdə 24 xal toplayıb. "Alaves" 10 xal toplayıb və 12-ci pillədə qərarlaşıb.

Nazlı Almuradova

Избранный
17
sia.az

1Источники