Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində hərəkətvədə olan "VAZ-21015” minik avtomobili ilə xarici markalı digər avtomobil toqquşması zamanı iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti və vəziyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта