RU

İsrailin şimalında “qapalı hərbi zona” YARADILDI

İsrail Müdafiə Qüvvələri ( IDF ) ölkənin şimalındakı üç bölgəni "qapalı hərbi zona" elan edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət Manara, İftax və Malkiya ərazilərindən gedir.

Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Livanın "Hizbullah" hərəkatına qarşı məhdud quru reydləri elan edib.

İsrail ordusu sərhədə yaxın kəndlərdə İsrailin əhali mərkəzləri üçün dərhal təhlükə yaradan “lokallaşdırılmış, hədəflənmiş quru əməliyyatları” aparıldığını bildirib. Quru əməliyyatının başlamasından əvvəl Livan ərazisindəki "Hizbullah" hədəflərinə qarşı kütləvi hava zərbələri endirilib.

Избранный
43
publika.az

1Источники