RU

44 günlük Vətən müharibəsinin xronikası: 7 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətən müharibəsinin 7 oktyabra olanxronikasını təqdim edir.

- Prezident İlham Əliyev "Euronews" və CNN-Türk televiziyalarına müsahibə verib.

- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləMüdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

- Prezident İlham Əliyev XXIII Avrasiya İqtisadi ZirvəToplantısının iştirakçılarına müraciət edib.

- Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raketatıb.

- Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiəsahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu saydaölən və yaralanan var.Artilleriya zərbəsi ilə düşmənin müdafiəsahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Nazirlikişğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindənvideogörüntülər yayıb.

- Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə , Ağdam,Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutulub.

- Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb və videogörüntülərini yayıb.

- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonununŞəybəy kəndinin görütülərini yayıb.

- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələkeçirdiyi düşmənə məxsus texnikaların videogörüntülərini yayıb.

- Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkarolunan düşmən PUA-sı dərhal məhv edilib.

- Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədədD-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dəkavtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.1-civə 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrupəsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Məqalədə:
Избранный
28
3
az.trend.az

10Источники