RU

Göygöldə baş verən qəzada 5 nəfər xəsarət alıb - Yenilənib

Göygöldə baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

“İki sahil” xəbər verir ki, xəsarət alanlar rayon sakinləri 34 yaşlı R.Əhmədov, 29 yaşlı P.Mirzəyev, 27 yaşlı E.İsrafilov, 45 yaşlı G.Cəlilova və 66 yaşlı M.Cəlilovadır. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Qeyd edək ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil ilə "VAZ 21015" markalı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
8
3
ikisahil.az

10Источники