RU

Göygöldə AĞIR QƏZA: Yaralılar var

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil ilə VAZ-2115 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan beş nəfər rayon sakinləri 34 yaşlı R.Əhmədov, 29 yaşlı P.Mirzəyev, 27 yaşlı E.İsrafilov, 45 yaşlı G.Cəlilova və 66 yaşlı M.Cəlilovanın vəziyyətlərinin orta ağır olduğu bildirilir.

lkin məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
2
hakimiyyet.az

10Источники