Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Sportinfo,az xəbər verir ki, Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.
Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.
Komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.