RU

İsrail Livandan atəşə tutuldu

Şimali İsrail, o cümlədən Hayfa Livandan atəşə tutulub. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Livandan Hayfa və ətraf ərazilərə doğru təxminən beş mərmi atılıb və bu, orada hava hücumu xəbərdarlığına səbəb olub. İsrail HHMS-si atılan mərmiləri məhv etmək üçün raketlər buraxıb.

Əraziyə mərmilərin düşməsi qeydə alınıb. Yuxarı Qalileyə doğru 15 raket atılıb. Mərmilərin bir hissəsi vurulub, digərləri müxtəlif ərazilərə düşüb.

Oktyabrın 6-da "Hizbullah"ın Livandan İsrailə doğru 120-dən çox mərmi atdığı bildirilir.

Избранный
15
1
sia.az

10Источники