RU

74 yaşlı kişiyə 4 ayı hücum etdi

ABŞ-da 74 yaşlı kişi üç balası ilə ana ayının hücumundan sağ çıxa bilib.

News24.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb .

Hadisə Koloradoda baş verib. Ayılar axşam saatlarında açıq qapıdan evə soxulublar. Yaşlı kişi ayını stulla qovmağa çalışıb. Kişi özünü yataq otağına kilidləyib.

Qeyd edək ki, ayılar şerifin müavini tərəfindən çıxarılıb, tibb işçiləri zərərçəkənə tibbi yardım göstəriblər.

Eyni zamanda, ayılar kişinin evinin yaxınlığındakı ağaclarda tapılaraq məhv edilib.

Nəşr onu da qeyd edir ki, bu, bu il Koloradoda ayı hücumu ilə bağlı qeydə alınan ilk hadisədir. 

Günel Məlikzadə


Избранный
29
news24.az

1Источники