RU

On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) "Tesla Cybertruck" ilə bağlı yeni problemlər aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, problem olduqca ciddidir və qəza riski yaradır.

Avtomobili işə saldıqdan sonra arxa görüntü kamerasından gələn görüntü bəzən bir neçə saniyə ərzində görünmür. Bundan əlavə, müvafiq displey səkkiz saniyəyə qədər tamamilə boş qala bilər.

"Tesla" nümayəndələrinə bu nasazlıqla bağlı 45 şikayət daxil olsa da, toqquşmalar və xəsarətlər barədə təfərrüatlar bildirilməyib.

Избранный
30
1
publika.az

2Источники